Dünya futbolu

“Beşiktaş” sabiq “Xəzər Lənkəran”lını məhkəməyə verdi

“Beşiktaş” klubu Dərəlioğlunu məhkəməyə verib.

Beşiktaş klubu bir zamanlar “Xəzər Lənkəran”ın da formasını geyinmiş olan futbolçu Oktay Dərəlioğlunu məhkəməyə verib. Hazırda Türkiyənin idman qəzetlərinin birində köşe yazarı kimi çalışan Oktay Dərəlioğlu “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanı sərt tənqid edib.O, klub prezidentinin  klubu batırdığını, xeyli miqdarda borclandırdığını və bunu hər kəsdən gizlətdiyini bildirərək, ona  həddini aşmamağı tövsüyə edib. Bu ifadələrdən sonra “Beşiktaş” klubu Oktay Dərəlioğlunu məhkəməyə verib.

Qeyd edək ki, Oktay Dərəlioğlu futbolçu karyerası dönəmində 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43