Dünya futbolu

“Beşiktaş” Taliska ilə yeni müqavilə imzaladı

“Beşiktaş” futbolçusu Taliskanın icarə müddətini daha bir il uzadıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubunun prezidenti Fikrət Orman “NTV spor” telekanalına müsahibəsində məlumat verib. O, Abubakarla da danışıqların getdiyini vurğulayıb.

Lakin prezident hazırda daha çox çempionluq sevinci yaşadıqlarını dilə gətirərək hər şeyin bir müddət sonra dəqiqləşəcəyini qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43