Dünyadan

“Beşiktaş” yeni hücumçu aldı

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib. 

İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhəngi son mövsümü “Ankaragücü”ndə keçirmiş Umut Nayiri transfer edib.

Klub hələlik bu transferi rəsmən açıqlamasa da, “NTV Spor” tərəflərin 4 illik müqaviləyə imza atdığını yazıb.

25 yaşlı futbolçu müqavilə ilə “Osmanlıspor”a məxsusdu. Hücumçu “Beşiktaş”da ilinə 1 milyon 750 min TL qazanacaq.

Umut geridə qalan mövsümdə “Ankaragücü”ndə 34 rəsmi matça çıxıb, 14 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43