İdman

“Beşiktaş” yeni transferlərini rəsmən açıqladı

Türkiyənin “Beşiktaş” klubu yeni transferlərini rəsmən ictimaiyyətə təqdim edib.

İstanbul təmsilçisi Meksikanın “Krus Asul” klubundan Enzo Rokonu heyətinə qatıb. Çilili mərkəz müdafiəçisi ilə 4 illik müqaviləyə imza atıb. Azad agent kimi transfer edilən 25 yaşlı futbolçuya görə “Beşiktaş” heç bir təzminat ödəməyib. Roko “qara qartallar”ın bu yay ilk legioner transferi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43