Dünyadan

“Beşiktaş”a bəd xəbər: 2 həftə olmayacaq

Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində öz meydanında Belçika “Brügge”si ilə qarşılaşacaq “Beşiktaş” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qara qartal” Superliqanın son turunda “Ərciyəsspor”la matçda Sərdar Kurtuluşun zədələnməsinə üzülüb. 

Sağ ayaq əzələsində yırtıq aşkarlanan futbolçunun “Brügge”  və Superliqada “Fənərbaxça” ilə oyunu buraxacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43