Dünya futbolu

“Beşiktaş”da ayrılıq

Son Türkiyə çempionu olan “Beşiktaş”da ayrılıq gerçəkləşib.

İdmanxeber.com-un məlumatına görə, komandadan Luis Rodolfo ayrılıb. Braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı futbolçu “Flamenqo”ya transfer olub. İstanbul klubu bu keçidə görə 1,4 milyon avro təzminat alıb.

Qeyd edək ki, “qara qartallar” Rodolfonu 2 mövsüm əvvəl “Qremio”dan 3,3 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43