28 Fevral 2024
Dünyadan

“Beşiktaş”da üç şok birdən

Spor Toto Super Liqanın 17-ci həftəsində sabah səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq “Beşiktaş”, bu matçın hazırlıqlarını Antalyada etdiyi məşqlə tamamladı.

İdmanxeber.com-un məlumatına görə, “Beşiktaş”da zədələri səbəbiylə məşqə qatılmayan və İstanbula dönən Cenk Tosun, Joze Sosa, Vəli Kavlak, “Gənclərbirliyi” matçında forma geyə bilməyəcək. Müalicəsi davam edən və bu günki məşqə qatılmayan Gökan Törənin oynayıb-oynamayacağını isə sabah bəlli olacaq.

“Ağ-qaralar”da bundan başqa zədələri davam edən Tomas Sivok və Mustafa Pəktəmək də İstanbula qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43