Dünya futbolu

“Beşiktaş”dan Amerika klubuna

İcarə əsasında “Beşiktaş”da çıxış edən Dele Alli karyerasını Amerikada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə “Everton”a məxsus olan oyunçu Premyer Liqa təmsilçisinin gələcək planlarına daxil deyil. O, “Beşiktaş”da gözlənilən performansı ortaya qoya bilmədi.

“The Telegraph” nəşri iddia edir ki, 26 yaşlı futbolçuya Amerikadan təklif var. Adı açıqlanmayan MLS təmsilçisi ingiltərəli oyunçuyla danışıq aparır.

Onun mövsüm sonu karyerasını Amerikada davam etdirməsi gözlənilir.

Alli cari mövsüm İstanbul klubu ilə 17 matçda forma geyinib və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43