Dünya futbolu

“Beşiktaş”dan ayrılan kapitanın yeni klubu müəyyənləşdi

Komanda yoldaşı Sezer Öztürklə dava etdiyi üçün “Beşiktaş”dan uzaqlaşdırılan İbrahim Toramanın yeni komandası müəyyənləşib.

Türkiyə mətbuatına istinadən verdiyimiz məlumata görə, futbolçu böyük ehtimalla  “Antalyaspor”a keçəcək. “Beşiktaş”dan alacağı puldan imtina edən Toraman, bunun əvəzinə klubdan transfer vərəqini istəyir.

Bu transferin qışda rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43