Dünya futbolu

“Beşiktaş”dan növbəti transfer

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni oyunçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi “Qaziantepspor”un yarımmüdafiəçisi Orkan Çınarlar razılığa gəlib. Onunla 4 illik müqavilə imzalanacaq.

Almaniyanın “Volfsburq” klubunun yetirməsi olan 21 yaşlı futbolçu 3 ildir “Qaziantepspor”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43