Dünya futbolu

“Beşiktaş”dan qışın ilk transferi

Türkiyənin “Beşiktaş” klubu qış fasiləsinə az qalmış ilk transferini reallaşdırıb.

İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “qara qartal” qapıçı Sinan Bolatın keçidini həll edib.

Lorius Kariusun çıxışından razı qalmayan “Beşiktaş” rəhbərliyi Belçikanın “Royal Antverpen” klubunda çıxış edən 32 yaşlı qolkiperlə razılığa gəlib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43