Dünyadan

“Beşiktaş”ın arzusu reallaşmayacaq

Bir müddətdir ki, adı "Beşiktaş"la birgə çəkilən, hətta onun qış fasiləsində "qara qartal"a transfer olunacağı haqda gəzən söz-söhbətlərə Ronaldinyonun meneceri nöqtə qoyub.

Belə ki, "Atletiko Mineyro"nun şərəfini qoruyan məşhur "sambaçı" bu klubu ilə müqaviləni yeniləmək qərarına gəlib.

Bundan əlavə Braziliya mətbuatı Ronaldinyonun "Qremio"ya keçə biləcəyi ilə bağlı xəbərlər də yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43