Kateqoriyasız

“Beşiktaş”ın baş məşqçisi: “Azərbaycan millisini Mourinyo çalışdırsa belə…”

"Əgər yaxşı komandanız varsa, böyük turnirlərdə iştirak edə bilərsiniz. DÇ-2014-ün qrup mərhələsində Rusiyaya qarşı oyununuzu izlədim. Yaxşı komandanız var, amma uğur əldə etmək üçün başqa şeylər də vacibdir". 

Bu sözlər "Beşiktaş"ın baş məşqçisi  Slaven Biliçə məxsusdu.

Türkiyədə azərbaycanlı jurnalistlərə millimiz haqda danışan xorvatiyalı çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

"Rusiya və ya Portuqaliya kimi yığmalarla mübarizə aparmalısınız. İndiki Azərbaycan belə deyil. Pul və istəkdən daha artığı lazımdır. Bunun Berti Foqtsla əlaqəsi yoxdur. Azərbaycan komandasına Mourinyo gəlsə belə, yığmanı böyük turnirlərə çıxara bilməz".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43