Kateqoriyasız

“Beşiktaş”ın futbolçuları bizim klublara təklif edilir

Türkiyənin “Beşiktaş” klubu heyətdəki gənc oyunçuları ölkəxaricinə göndərməyi düşünür.

İdmanxeber.az “Fotospor”a istinadən xəbər verir ki, İstanbul klubunun rəsmisi Fırat Fidan komandanın heyətində olan Oğuzhan Akgün, Kerem Kalafat, Oğuzhan Aydoğan, Erdoğan Kaya və İlkay İşler kimi gənc oyunçuları Kosova, Bosniya və hersoqovina və Azərbaycan klublarına bir illik icarəyə gödərmək niyyətində olduqlarını bildirib.

Klub bu qərarı futbolçularının daha da inkişaf etməsi və onların təcrübə qazanmaları üçün verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43