Ölkə futbolu

“Beşiktaş”ın futbolçusu Azərbaycana gəlir?

"Beşiktaş"ın futbolçusu Mehmet Akgün Azərbaycanda çıxış edə bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, klublarımızdan biri oyunçunu heyətində görmək istəyir. Lakin təmsilçimizin adı açıqlanmır.

Qeyd edək ki, 2012/13 mövsümünün əvvəlində "Beşiktaş"la müqavilə imzalayan Akgün cəmi 12 oyunda İstanbul klubunun formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43