21 Sentyabr 2024
Dünya futbolu

“Beşiktaş”ın futbolçusu Rusiya klubuna keçir

Rusiyanın “Zenit” klubu “Beşiktaş”ın oyunçusunu transfer etmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi Bəxtiyar Zaynutdinovun xidmətində maraqlıdır. İstanbul klubunun qazaxıstanlı oyunçunu 4, 5 milyon avroya buraxmağa müsbət yanaşır.

Zaynutdinov 2023-cü ilin yayında ÇSKA-dan “Beşiktaş”a keçib. O, İstanbul təmsilçisinin heyətində ümumilikdə 37 oyun keçirib, 1 qol vurub.

Onun müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43