Dünya futbolu

“Beşiktaş”ın planı

Baş məşqçi postuna Covanni van Bronxorstu gətirmək istəyən “Beşiktaş”ın ilk transfer hədəfi də bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “qara-qartal” hollandiyalı mütəxəssisin həmyerlisi Steven Berqeysi heyətinə qatmaq istəyir. 32 yaşlı vinger ötən yayda “Beşiktaş”ın gündəminə gəlsə də, keçid baş tutmamışdı.

“Ayaks”da çıxış edən Berqeys bu mövsüm 19 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43