Ölkə futbolu

“Beşiktaş”ın rəsmi saytı Mübariz Mənsimovdan yazdı

Bir müddət öncə "Beşiktaş" klubunun idarə heyətindən 4 şəxsin qovulduğu xəbəri yayılmışdı. Bu şəxslər arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da var idi.

Artıq "Beşiktaş" rəhbərliyi də bu xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. Klub saytı vasitəsilə verilən açıqlamaya görə, Mübariz Mənsimov, Zəfər İldırım, İhsan Kalkavan və Turqay Cinerin klubun İdarə Heyərindən uzaqlaşdırılması xəbəri yanlışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43