Dünya futbolu

“Beşiktaş”ın ulduzu komandadan ayrılır?

“Beşiktaş”ın futbolçusu Natan Redmond mövsüm sonu komandadan ayrıla bilər.

İdmanxeber az-ın məlumatına görə, mövsümün əvvəlində icarə əsasında “Sauthempton”dan İstanbul klubuna keçən oyunçu hazırda bir neçə klubun diqqət mərkəzindədi.

Redmondun meneceri futbolçunun ayrıla biləcəyini bildirib.

“Ağ-qaralar” isə yarımmüdafiəçini klubda saxlamaq niyyətindədi. Ona illik 1,5 milyon avrodan 2 illik müqavilə təklif edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43