Dünya futbolu

“Beşiktaş”ın xristian futbolçusu: “Qurban kəsib kasıblara paylayacam”

“Beşiktaş”ın futbolçusu Filip Holosko maraqlı açıqlamalar verib.

7 ildir Türkiyədə çıxış edən hücumçu Qurban bayramında qurban kəsib kasıblara paylayacağını bildirib.

“Türklərin hər iki dini bayramı çox gözəldir. Bizimdə öz bayramlarımız var, amma bu bayramda elə terklər kimi qurban kəsib kasıblara paylayacam. Bu həm çox gözəl bir adət, həm də insanlara kömək etmək fürsətidir. Bu münasibətlə bizə istirahət verilib və bayramı ailəmlə birlikdə İstanbulda keçirəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43