19 Sentyabr 2024
Dünya futbolu

“Beşiktaş”ın yarımmüdafiəçisi “Marsel”ə keçdi

”Marsel” Jan Onananı transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu kamerunlu yarımmüdafiəçini mövsümün sonuna qədər “Beşiktaş”dan icarəyə götürüb. Müqaviləyə əsasən “Marsel” yayda 23 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.

Onana ötən ilin yayında “Beşiktaş”a keçib. O, İstanbul klubunda cəmi 10 oyuna çıxa bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43