Dünya futbolu

“Beşiktaş”ın zədəlilərində xəbər var- 2 aylıq sıradan çıxdı

“Beşiktaş”ın “Çaykur Rizəspor” ilə oynadığı Ziraat Türkiyə Kuboku matçında zədələnərək meydanı tərk edən futbolçuları Milosevic və Oparenin durumu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “Çaykur Rizəspor” matçının ilk hissəsində zədələnərək meydanı tərk edən Aleksandr Milosevicin sağ ayaq daraq sümüyündə qırıq aşkarlanıb. Əməliyyat ediləcək 22 yaşındakı isveçli müdafiə oyunçusu ən az 2 ay komandadan uzaq qalacaq.

Bundan başqa “Çaykur Rizəspor” matçında zədələnən Daniel Oparenin vəziyyəti isə daha yaxşıdır. Zədəsi o qədər də ciddi olmayan qanalı futbolçu “Bursaspor”la görüşdə meydana çıxa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43