Kateqoriyasız

“Betis”də 3 yoluxma

“Betis”in üç futbolçusunda koronavirus aşkarlanıb.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xoakin Sançes, Andres Quardado və Martin Montoyyanın COVID-19 testi pozitiv çıxıb. Hər üç futbolçu karantinə alınıb.

“Betis” bu gün La Liqanın 17-ci turunda “Sevilya” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43