Müsahibə

“Bəxt amili də bizdən üz döndərib” – MÜSAHİBƏ

"Kəpəz"in qapıçısı Ramil Kərimovun İdmanxeber.com saytına müsahibəsi.
– Komandada son vəziyyət necədi?
– Hər şey yaxşıdı, hər şey öz axarı ilə davam edir. Məşqlərimiz davam edir, oyunlarımıza hazırlaşırıq. Hazırda komandamız Bakıda "Şuşa" ilə oyuna yollanıb. Mən isə zədəli olduğumdan Gəncədə fərdi məşqlər edirəm.
– Komandanın əsas heyət qapıçısısan. Ötən mövsümki uğursuzluğunuz davam edir, bu nə ilə bağlıdı?
– Düzdü, uğursuzluğumuz davam edir. Amma bəxt amili də bizdən üz döndərib. Hər oyun bir çox qol şanslarını boşa veririk. Mən deməzdim ki, "Kəpəz" zəif klubdu. Hətta deyərdim, I Divizionun ən güclü komandalarından biridi. Çünki heyətimizdə Zaur Əsədov, Xəyal Mustafayev, Pərvin Paşayev kimi Premyer Liqa təcrübəsi olan futbolçularımız var. Biz də onlardan nəsə öyrənməyə çalışırıq. Sadəcə olaraq, sözün əsıl mənasında I dövrədə bəxtimiz gətirmədi. Ancaq ümid edirəm, II dövrədə hər şey öz axarına düşəcək.
– Ancaq bu gedişlə komandanızın uğursuzluq zolağından çıxması real görünmür…
– Elə, deməzdim. Hər şeyi zaman göstərəcək. Burda istedadlı gənclər çoxdu. İnanıram ki, rəhbərliyimizin köməyi lə II dövrə "Kəpəz" belə olmayacaq.
– Artıq qış transfer pəncərəsinin açılmasına az bir müddət qalıb. "Kəpəz"də yarpaq dökümü başlayıb. Ayrılan futbolçulardan biri də sən ola bilərsənmi?
– Bildiyiniz kimi, mən müqavilə əsasında "Neftçala" klubuna məxsusam. "Kəpəz"də icarə əsasında oynayıram. Gəncə klubu ilə olan icarə müddətim dekab ayının 22-si başa çatır. İndidən heçnə demək istəmirəm, birinci dövrədən sonra hər şey bilinəcək.
– Bu gün  komandan "Şuşa" ilə növbəti oyununa çıxır. Bu oyunda iştirak etməsən də, qələbə qazanacağınıza inanırsan?
– Əlbəttə ki, heç bir insn çörək yediyi boşqaba tüpürməz. Düzdü, zədə ucbatından oyunda iştirak edə bilmirəm. Amma ürəyim "Kəpəz"in yanındadı. Uşaqlra uğurlar arzulayıram. İnşallah, qələbə bizim olar.

Hidayət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43