Layihə

Bəxtiyar Musayev: “İstəyirik ki, alın təri ilə bunu bacaraq”

Birinci divizionda mübarizə aparan "Zaqatala" Premyer Liqaya yüksəlməyə iddialıdır. Bunu həm klub rəhbərliyinin, həm də formalaşn heyətdə görmək mümkündür.

Təsadüfü deyil ki, "Neftçi"nin sabiq məşqçisi Bəxtiyar Musayev Zaqatala təmsilçisinin idman direktoru təyin olunub. Təlim-məşq toplanışını Bakıda keçən klubun idman direktoru ilə söhbətləşmək imkanını boşa verə bilməzdik. B.Musayev komandaya gəlişindən və iddialarından danışıb:

-Musa Qurbanov təklif etdi və komandada görmək istədi. Mən də onun təklifini qəbul etdim.Burada futbol oynamaq üçün hər bir şərait var. Bizə böyük inam var. Əsas məqsədmiz ilk pillərdə qərarlaşaraq Premyer Liqaya vəsiqə qazanmaqdır. Həmçinin, uşaq futboluna da diqqət ayıracağıq. U-11-dən U-16-ya qədər komandalar var. Gələcəkdə bunu artırmaq lazımdır və Premyer Liqaya vəsiqə əldə etsək, əvəzedici komanda da yaradılacaq.

– “Zaqatala”ya yeni futbolçular dəvət etmək fikriniz var?

-Komandaya baxanda görürəm ki, hamısı canla-başla çalışır. 2-3 gündür ki, burdayam və hamısı yaxşı çalışır. Gələcəkdə Premyer Liqaya çıxsaq, istərdik ki, zəhməti keçən futbolçular komandada oynasınlar. Təbii ki, dəyişiklik olur. Çünki yenilik həmişə vacibdir. Hər şey özlərindən aslıdır. Premyer Liqaya vəsiqə qazansaq, proqram da bəlli olacaq.

– Konkret olaraq qarşınıza nə məqsəd qoyulub?

-Məqsəd rayonda olan uşaq futbol məktəbinə nəzarət. Layiqli oyunçuların yetişməsi. Perspektivli futbolçuların hazırlanması. “Zaqatala” və Azərbaycan futboluna xidmət.

– Komandada neçə oyunçu Premyer Liqada oynamaq səviyyəsindədir?

-Bu haqda indidən danışmaq olmaz. Gələcəkdə isə düşünmək olar. Əsas məqsəd yüksək liqaya vəsiqədir. Uşaqlar da çox çalışır. İş təəssüratım müsbətdir.

– Müəyyən klubların artıq Premyer Liqada oynayacağı haqda şayiələr gəzir. Komandada psixoloji gərginlik yoxdur?

-Yüksək liqaya vəsiqə halal yolla qazanılmalıdır. Sözün düzü, mən eşitməmişəm. İlk pillələrdə qərarlaşaraq bunu bacarmalıyıq. Ola bilsin ki, bölgə futbolunu düşünüb, yerindən asılı olmayaraq hansısa klublar yüksək liqaya çıxsın. Bu haqda məlumatım yoxdu. İstəyirik ki, alın təri ilə bunu bacaraq. Uşaqlar hamısı çalışır. İstəyirik ki, vəsiqəni özümüz qazanaq.

– Zaqatalada olmusuz təyinatınızdan sonra?

-Xeyr, təzə gəlmişəm. Hazırda Mərdəkanda toplanışdayıq. Klub rəhbərləri futbolu sevən insanlardır. Onlara da təşəkkür edirəm. İlk günlərim bura təsadüf etdi. Zaqatalaya yolum düşməyib.

İdmanxeber.com & newsport.az


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43