16 Sentyabr 2024
Dünyadan

Beyl “Bavariyaya” qarşı oynayacaqmı?

Zədəli olan Qaret Beylin bugun keçiriləcək “Real” – “Bavariya” oyununda iştirak edib-etməyəcəyi qaranlıq olaraq qalır.

İdmanxeber.com-un məlumatına görə, xəstələnən uelsli futbolçunun böyük ehtimalla əsas heyətdə meydana çıxmayacağı bildirilir. 

Zədəsi yenicə sağalan Ronaldonun isə əsas heyətdə meydana çıxacağı gözlənilir.

100 milyon avro qarşılığında Madrid klubuna transfer olunan Beylin adı isə ilk “18”liyə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43