Dünya futbolu

Beyl məşqlərə başladı

Ötən ilin noyabr ayının 23-də Çempionlar Liqasında Lissabonun “Sportinq” klubu ilə görüşdə ciddi zədələnən “Real”ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, uzun müddətdi yaşıl meydanlardan kənarda qalan və fərdi məşqlərlə kifayətlənən futbolçu ötən gün  komanda ilə birlikdə məşqdə iştirak edib. Bu da, uelsli futbolçunun qarşıdakı oyunlarda komandaya kömək edəcəyi deməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43