Dünya futbolu

Beyl üçün 175 milyon avro

Növbəti mövsüm Zidanın planlarında yer almayan Qaret Beyl “Real”dan ayrılmaq qərarına gəlib. Uelsli futbolçunun meneci Beyli almaq isətyən komandanın Madrid təmsilçisinə 175 milyon avro ödəməli olduğunu açıqlayıb.

İspaniya mətbuatı yazır ki, hazırda ulduz futbolçu ilə “Mançester Yunayted” və “Bavariya” ciddi şəkildə maraqlanır. Mançester təmsilçisi bu transferdə Pol Poqbadan istifadə edə biləcəyi də bildirilir.

Qeyd edək ki, Poqba “Real”ın transfer dönəmində heyətinə qatmaq istədiyi futbolçulardandır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43