Kateqoriyasız

“Beynəlxalq arenada da rəqiblər “Qarabağ”la oyuna xüsusi hazırlaşır” – Rəşad Sadıqov

“Oyun gözlədiyimizden də çətin keçdi. İlk hissədə daha rahat idik. Ancaq son zərbələrdə dəqiqlik, təcrübə çatmırdı. Vacib qələbə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Misli Premyer Liqasının 14-cü turunda dogma meydanda “Səbail”ə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Genc mütəxəssis daha sonra zədəli futbolçuların son durumuna toxunub:

“Rüstəm Əhmədzadə 4 gündü qızdırma ıçındədi. Paxtmanın ayağı şişib. Digər zədəli futbolçularımız da elə… Onların yoxluğu da hiss olundu. Şükürlər olsun ki, zədələri ciddi deyil. Yəqin ki, növnəti matçlarda bizə qoşulacaqlar”.

Sadıqov növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyuna da toxunub:

“Beynəlxalq arenada da rəqiblər “Qarabağ”la oyuna həm psixoloji, həm də taktiki cəhətdən xüsusi hazırlaşır. Bizim də bu matç üçün vaxtimiz olacaq ki, yaxşı hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43