Ölkə futbolu

BİABIRÇILIQ! Azərbaycan çempionatında hakimi söydülər və dəyişiklik tablosunu qırdılar

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan I Divizionun III turunun “Turan-T” – “Karvan” matçında “Karvan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Lokomotiv” – “Neftçala” matçının 78-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Kəpəz” matçının 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 15 №-li futbolçusu Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.

“Ağsu” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 59-cu dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun 9 №-li futbolçusu Sərxan Ağayev qeyri-etik hərəkətə görə (dəyişiklik tablosunu ayaqla sındırdığına görə) 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43