Kateqoriyasız

BİABIRÇILIQ: Azərbaycan klubunun futbolçularının maaşı millinin üzvlərinə “premya” kimi verilib

Birinci divizion klubu olan “Turan T”-də futbolçular maaşlarını hələ də ala bilmirlər.

Tovuz klubu futbolçuların 2 aydır ki, maaşını vermir. 

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, maaşın gecikməsinin səbəbi məlum olub. Belə ki, AFFA-nın “saxladığı” “Turan T”-yə qurum tərəfindən biraz da səbr etmək göstərişi verilib. 

Buna isə millimizin DÇ-2014-dəki uğurlu çıxışı səbəb olub. Son oyunlarda qazanılan xallar AFFA-nı futbolçulara “premya” verməsinə vadar edib. Qurum məhz bu amili önə çəkərək Tovuz klubunun futbolçularının maaşını gecikdirir. 

Məlumata görə, klub prezidenti Namiq Məstənova zəng edən AFFA-nın baş katibi Elxan Məmmədov bütün pulların məhz milli üzvlərinin premyasına ayrıldığını və buna görə də biraz gözləmələrini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43