29 Sentyabr 2024
Kateqoriyasız

Biabırçılıq: Gənclikdə adam “soyurlar”

Avroliqanın pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Tvente" oyunu üçün bilet satışında özbaşınalıq davam edir.

İdmanxeber.com-un Tofiq Bəhramov adına Respublika stadionunda olan əməkdaşının verdiyi məlumata görə, kassada 2 manata olan biletlər  "qara bazar" tərəfindən 10 manata, 5 manata olan biletlər isə 20 manata satılır. Bu özbaşnalıqa isə heç bir polis işçisi müdaxilə etmir. 

Qeyd edək ki, bu barədə bir neçə dəfə "Qarabağ" klubu polisə müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43