Premyer Liqa

BİLƏCƏRİDƏ GƏRGİNLİK: Rauf Əliyev qarşısına çıxan hər şeyi sındırdı – FOTO FAKT

Premyer Liqanın 24-cü turunda "Bakı" doğma meydanda "Sumqayıt"la heç-heçə edib-0:0.

İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçdan sonra ara qarışıb. Qalib gələ bilmədiklərinə görə əsəbləşən "Bakı"nın futbolçusu Rauf Əliyev soyunub-geyinmə otağına gedən yolda qapının şüşəsini sındırıb.

Qeyd: Mühafizəçilər sınmış şüşələrin fotosunu çəkməyə mane olurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43