30 Dekabr 2024
Kateqoriyasız

Biləcəridə ara qarışdı: Naxçıvanlı azərkeşlər və futbolçular arasında gərginlik

Premyer Liqanın 7-ci turu çərçivəsində baş tutan “Bakı” – “Araz Naxçıvan” oyununda gərginlik yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, naxçıvanlı azarkeşlər klublarının məğlubiyyətlərindən bezərək “Bakı” ilə oyunda  matçın son dəqiqələrində baş məşqçi Əsgər Abdullayevi istefaya səsləyiblər. Oyun bitdikdən sonra isə futbolçular və azərkeşlər arasında xoşa gəlməz hallar yaşanıb.

Azərkeşlərdən aldığımız məlumata görə, futbolçular hətta azərkeşləri təhqir belə ediblər.

Qeyd edək ki, matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43