Ölkə futbolu

Biləcəridə ata ahı: Sxadadzenin oğlu xəstəxanaya aparıldı, ordan da bəd xəbər gəldi

Az öncə yekunlaşan “Bakı” – “İnter” (0:1) matçının sonlarına yaxın ikincilərin hucumçusu Baçana Sxadadze zədələnərək yerdə qalıb.

“Zolaqlılar”ın üvzü Etto ilə mübarizədə üzündən zədə alan gürcüstanlı hücumçu dərhal tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, ilk öncə klub həkimləri ona beyin silkələnməsi diaqnozu qoyublar. Yalnız bu hələ dəqiq diaqnoz deyil. Belə ki, futbolçunun çənəsi qırılıb. 

Xəstəxanada həkimlərin qoyacağı son diaqnoz yaxın saatlarda tam bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43