Kateqoriyasız

Biləcəridə biabırçılıq: “Bakı”nın futbolçusu hakimə başla zərbə endirdi, ara qarışdı

Hazırda davam edən "Bakı" – "İnter" matçında xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, "zolaqlılar"ın futbolçusu Etto rəqib futbolçuya qarşı kobud davranıb. Matçın baş hakimi Ettonu sarı vərəqə ilə cəzalandırdıqdan sonra paytaxt klubunun müdafiəçisi baş hakim Rəhim Həsənova kəskin etirazını bildirib və ikinci sarı vərəqəni də qarşısında görərərək meydandan qovulub. 

Lakin futbolçu qırmızı vərəqə aldıqdan sonra Həsənova hücum edib, ona başla zərbə endirib. Ettonu komandayoldaşları sakitləşdirərək, meydandan çıxarıb. 

"Bakı"nın futbolçusunun hakimə başla zərbə endirməsi isə böyük ehtimalla sərt cəzalanması ilə nəticələnəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43