Ölkə futbolu

Bilinmədən edilən etiraf – ümidsiz bölgə futbolu

Son günlərdə çempionatdakı komandaların sayının artırılması müzakirə mövzusu olub

İdmanxeber-az-ın məlumatına görə, ötən günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov qatıldığı proqramların birində Premyer Liqadakı komandaların sayı barəsində önəmli açıqlamalar edib. Baş katib bunun üçün əlindən gələni etdiklərini, ancaq lisenziyalaşdırma şərtlərinə əməl etməli olduqlarını bildirib. Baş katib Premyer Liqada bölgələrin təmsil olunmasını istədiyini də qeyd edib.

Bir digər diqqət çəkən məqam isə E.Məmmədovun Region Liqası barəsində etdiyi açıqlama olub. Daha çox bölgə komandalarının çıxış etdiyi bu turnir azarkeşlərin böyük marağını cəlb edir. İzləyicilərdən biri baş katibə Region Liqasının niyə çempionat kimi yox, qrup mərhələsi kimi keçirildiyini soruşub. Məmmədovun  buna verdiyi cavab inidiki vəziyyətin necə olduğunu, gələcəyin isə hara getdiyini göstərir.  Baş katib bu suala bölgə komandalarının uzun müddətli səfər oyunlarına gedəcək imknanın olmamasını səbəb göstərib. Bütün veriliş boyu inkişafdan, uğurdan danışan Məmmədov bir cümlə ilə hər şeyin üstündən xətt çəkib. Hamımızın çempionatda görmək istədiyi bölgə komandalarının həvəskar səviyyəli bir turnirdə belə səfərə yollanmağa maliyyə gücü çatmırsa, onların nə vaxtsa gəlib Premyer Liqada oynacağını ümid etmək olmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43