Ölkə futbolu

“Bilirəm ki, Ruslan Abışov ölkəsinin milli komandasının əsas qol silahıdır”

Lüksemburqun baş məşqçisi Lüks Holts rusiyalı jurnalistlərin suallarını cavablandırıb.

Rusiyaya 1:4 yenildikləri oyun barədə danışan mütəxəssis "Rubin"də çıxış edən millimizin üzvü, Ruslan Abışov barədə də fikir bildirib.

"Hə, biz rəqib komandanı çox yaxşı öyrənmişdik. "Rubin" klubu da bir neçə il bundan əvvəl "Barselona"nı məğlub etmişdi.Sizdə Abışov soyadlı bir futbolçu da var. Azərbaycan millisi rəqibimiz olduğuna görə, bilirəm ki, Abışov ölkəsinin milli komandasının əsas qol silahıdır." Jurnalistlərin Ruslanın "Rubin"də çox da forma şansı olmadığını deməsindən sonra, baş məşqçi bildirib ki: "Oyun praktikası olmaması, onun bizim qapımıza qol vurmasına mane olmadı (Azərbaycan 1-1 Lüksemburq ). Belə çıxır ki, “Rubin”in futbolçuları bizi birinci dəfə deyil ki məyus edir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43