16 Sentyabr 2024
Ölkə futbolu

“Bir-birimizə güvənsək daha yaxşı nəticə verəcəyik” – “Qəbələ”nin hücumçusu

“Qəbələ”nin futbolçusu Üvi İsgəndərov İdmanxeber.az-a müsahibəsində komandasının hazırlıq prosesini dəyərləndirməklə yanaşı, mövsümün ilk yarısında üzləşdikləri uğursuzluğa da münasibət bildirib.

Öncə mövsümün ilk yarısı ilə bağlı fikilərini bilmək istərdik.
– Mövsümün ilk yarısı bizim üçün bir az uğursuz alındı. Gedən oyunçular, yeni gələnlərin uyğunlaşması bir qədər vaxt aldı deyə, arzulanan şəkildə çıxış edə bilmədik. Mövsümün ikinci yarısında daha yaxşı oynamaq, yaxşı nəticələr göstərmək istəyirik.

Meydana əvəzetmədən çıxanda daha çox faydalı olursan. Bu nədən irəli gəlir?
– Mənim özümə də xoşdur ki, qol vurub komandama kömək edirəm. Mənim üçün fərqi yoxdur, istər sonradan, istərsə də start heyətində meydana çıxım, çalışıram ki, komandama maksimum faydalı olum.

Mövsümün ilk yarısında istənilən məhsuldarlığı göstərmədin. Həmçinin, komanda yoldaşlarının və azarkeşlərin ümidini doğrultmadın. Problem nədən qaynaqlanır?
– Komanda şəklində bir olub, yaxşı nəticə üçün çalışmalıyıq. Bir olsaq, bir-birimizə güvənsək daha yaxşı nəticə verəcəyik.
Belə çıxır geridə qalan 18 turda kollektivdə arzulanan birlik yox idi?
– Biriydik, amma bir-birimizə daha yaxşı öyrəşməliyik.
Düşərgədə legionerlərlə yerli futbolçular arasında fikir ayrılığı var?
– Xeyr, heç bir fikir ayrılığı yoxdur. Hamı mehribandır.
Mövsümün əvvəlində ağlına gələrdi ki, qış fasiləsinə sonuncu pillədə yollanacaqsız?
– Xeyr, açığı heç vaxt bu barədə düşünməmişəm. Yenə təkrarlayıram, komandada çox dəyişiklik oldu və bu da nəticədə əks olundu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43