08 Sentyabr 2024
Dünya futbolu

Bir-birinə çox yaxınlaşdılar: “Zirə” 4 atdı, xorvatlar 5…

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Slovakiya “DAK 1904″ünü darmadağın edən (4:0) “Zirə” növbəti tura vəsiqə qazanmaq şanslarını olduqca yüksəldib.

İdmanxeber.az-ın məlumatına görə, bu cütün III təsnifat mərhələsindəki rəqibləri isə az öncə başa çatan matçda üz-üzə gəlib. Xorvatiyada yerli “Osiyek” klubu Estoniya “Levadiya”sını darmadağın edib (5:1) və cavab matçı öncəsi böyük üstünlük əldə edib.

Əgər həm “Zirə”, həm də “Osiyek” cavab oyununda bu üstünlüklərini əldən verməsələr, bir-birilərinə rəqib olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43