l Divizion

Bir-birini təhqir edən futbolçular cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 11-ci turunun “Səbail” – “Zaqatala” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Ağsu” – “Rəvan” matçının 77-ci dəqiqəsində “Rəvan”nın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun MOİK – “Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçının 82-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Göyəzən” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Ramil Mansurov və “Şərurspor”un futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43