Ölkə futbolu

“Bir də eşidəcəksiz ki, özümü asmışam” – azərbaycanlı məşqçi

Bir vaxtlar Azərbaycanın ən məşhur məşqçilərindən olan Zakir Mahmudov çətin günlər yaşayır.

Sumqayıt futbolunun adlı-sanlı yetirmələrindən olan Mahmudov uzun müddətdi işsizdir.

“Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi idi. “Karvan” UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda köməkçi-məşqçi kimi çalışırdı.

“Futbol+” qəzetinin əməkdaşıyla söhbətində Zakir bəy bildirib ki, işsizlikdən evini satmağa məcbur olub:

“Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm. Həyat yoldaşım xəstədi, işləyə bilmir.

Əlimdəki pulları verib, Sumqayıtda “Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı.

Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. “Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa 200-250 manatlıq bir iş versinlər,daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?

Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb…”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43