Dünya futbolu

Bir dövrün sonu

Marko Roys mövsümün sonunda Dortmund “Borussiya”sından ayrılacağını açıqlayıb.

İdmanxeber.az məlumat verir ki, təcrübəli oyunçunun ayrılığı barədə klubun rəsmi sosial şəbəkə hesablarından video yayınlanıb.

Reus 2012-ci ildən bəri “Borussiya”da çıxış edirdi. O, Dortmund klubunun heyətində 424 oyuna çıxıb və 168 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43