Milli komanda

Elxan Məmmədov: “Bir həftədir həmin 3 əcnəbi məşqçi ilə danışıqları bərpa etmişik”

“Milli komandamızın baş məşqçi vəzifəsinə namizədlərlə yanvar ayında tanış olduq. Danışıqlara başladıq, daha sonra isə siyahını İcraiyyə Komitəsinə təqdim etdik. Son mərhələdə 3 məşqçi ilə danışıqlar aparırdıq. Novruz bayramından sonra müqavilə imzalancaqdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin 3 əcnəbi məşqçi ilə danışıqlar bərpa olunub:

“Hər 3 əcnəbi mütəxəssislə danışıqlar müsbət gedirdi. Yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək, həmin 3 məşqçi arasında seçim edəcəkdi. Lakin gözlənilmədən koronavirus pandemiyası dünyanı, aktiv həyatı “söndürdü”. Biz də məcburən danışıqları dayandırdıq. Bu zaman məşqçi seçimində tələsməməkdə düzgün addım atdığımızı gördük. Çünki məşqçi ilə müqavilə imzalansaydı, o, 3 ay ərzində faktiki fəaliyyət göstərə bilməyəcəkdi, amma əvəzində məvacibini alacaqdı. Hazırda həmin məşqçilərlə yenidən əlaqə saxlamışıq. Artıq 1 həftədir həmin 3 əcnəbi məşqçi ilə danışıqları bərpa etmişik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bu qələbə Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək” – Rəşad Sadıqov

admin

Millimizin İspaniya məğlubiyyəti – VİDEO

admin

İsrail – Azərbaycan: 1:11

admin