24 Fevral 2020
Dünya futbolu

“Bir il daha “Qalatasaray”da oynamaq istəyirəm” – Droqba

“Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba İstanbul təmsilçisinin Türkiyə Superliqasının son turu çərçivəsində keçirilən “Yeni Malatyaspor” qarşılaşmasını stadiondan izləyib.

Azarkeşlərin böyük rəğbətini görən əfsanəvi futbolçu maraqlı açıqlamalar edib. O, əgər şans verilsə, yenidən “Qalatasaray”a dönə biləcəyinin siqnalını verib:

“Fatih Terimlə aramda çox möhtəşəm münasibət var. Onunla burada gözəl günlər keçirmişik. Terim olmasaydı bəlkə də bu formanı geyinə bilməzdim. Stadionda azarkeşləri salamlayarkən yenidən meydana çıxacağımı düşündüm. Əgər şans verilsə, bir il daha “Qalatasaray” formasını geyinmək istərdim”.

 

Oxşar xəbərlər

“Zenit”ə son dəqiqə şoku – VİDEO

admin

“Qəbələ” cavab oyununa çıxır

admin

Serxio Ramos: “Barselona” uduzsa, rahat yatacam”

admin