Ölkə futbolu

“Bir neçə klubdan təkliflərim var” – “Araz Naxçıvan”ın hücumçusu

“Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Çox şükür ki, məqsəmizə nail olduq. Premyer Liqada iştirak etmək üçün əlimizdən gələni etdik. Çempion olduq, lisenziya aldıq. İndi müəyyən məsələlələr var, onları da həll etdikdən sonra hər şey məlum olacaq. “Araz Naxçıvan” Premyer Liqaya yüksəlsə, necə olacağını hər kəs görəcək. Klubda böyük hədəflər var”.

Bu sözləri idmanxeber.az saytına I Divizion təmsilçisi “Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev çempion kimi tamamladıqları mövsümü dəyərləndirərkən deyib. Çempionatın bombardiri özü üçün də mövsümün yaxşı keçdiyini bildirib:

“Çempionatı yaxşı tamamladım. Ancaq bu hələ başlanğıcdır. Qarşımda uzun bir yol var, digər məqsədlərimə də çatacam. Hazırda bir neç klubdan təkliflərim var. Bunların içində Premyer Liqa təmsilçiləri ilə yanaşı,  xarici komandalar da mövcuddur. Adlarını açıqlamağım doğru olmaz. Zamanla hər şey daha dəqiq bilinəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43