24 Sentyabr 2024
Ölkə futbolu

“Bir oyunla heç nə bitməyib” – Azər Bağırov

“Çətin oyun olacağını bilirdik. “Turan Tovuz”un oturuşmuş sistemi var. Təbrik edirəm onları. İlk 20-25 dəqiqədə qol vurmaq istəyirdik. Əfsuslar olsun ki, istədiyimizi edə bilmədik. İkinci hissə dirəkdən qayıdan topdan sonra oyun dəyişdi. 70-75 dəqiqə gücümüz çatdı. Bu məqamlar üzərində işləmək lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Turan Tovuz” oyunu barədə danışarkən deyib. O, daha sonra jirnalistlərin suallarını cavablandırıb:

– Görünən budur ki, qapıçının kobud səhvləri oldu…

– Futbolda belə hallar olur. Qapıçı da, müdafiəçi də səhv edir. Sırf qapıçının üstünə yıxsaq, düz olmaz. Səhvlər zəncirvaridir, qapıçıda bitdi səhvlər. Zərbəyə qədər epizodlar var idi. Bir futbolçunun üstünə düşmək mən tərəfdən zəiflik olardı.

– Kapitanlıq sarğısını niyə legionerə vermişdiz?

– Legionerlərin bizə gec qoşulmasına görə, motivasiya vermək istədik. Elə futbolçular var ki, onlara inam vermək lazımdır. Bu gün zəif, daha çox təzyiqin olacağı yer müdafiə olunduğuna görə Kurdiçə motivasiya vermək istəytdik. Pis də olmadı. Kurdiç ilk dəfədir ki, kapitanlıq edir.

– Mediada yayılan xəbərlərə görə, yerinizə başqa məşqçi gələcək…

– Təbiidi. Kreslo əbədi deyil. İllərlə burada qala da bilərik, başqası da gələ bilər. Mənim üçün qorxulu hal deyil. Əziyyətimlə bu postdayam. Sabah məğlubiyyətlər olacaqsa, heç nədən çəkinmirəm, alnım açıqdır.

– Avrokubok iddianız var?

– Komandama güvənirəm. Bir oyunla heç nə bitməyib. Mövsümün açılışı idi. Bu gün komandaya futbolçu qoşulur. “Araz Naxçıvan” köklü klub olmadığına görə, daha səviyyəli legionerlər cəlb etmək çətin oldu. Üç gün əvvəl komandaya qoşulan var. Fiziki durum, anlaşma hazırda çətindir. İnanıram ki, əməyimizlə bunların öhdəsindən gələcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43