İdman

Bir qızıl, bir gümüş, bir bürünc – GÜLƏŞDƏ (YENİLƏNİB)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

İdmanxeber.com-unməlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Hər 4 çəkidə təmsilçilərimiz döşək üzərinə çıxacaq.

59 kq

Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladzeni, 1/4 finalda isə norveçli Stiq-Andre Berqeni üstələyib. Təəssüf ki, yarımfinalda təmsilçimiz erməni əsilli Rusiya güləşçisi Stepan Maryanyana uduzb.

Elman Muxratov bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Üçüncü yerə sahib çıxmaq üçün təmsilçimiz erməni idmançı ilə yarışıb. Roman Amoyanı 9:1 hesabı ilə diz çökdürən Muxtarov bürünc medala sahib çıxıb. 

71 kq

Rəsul Çunayev 1/8 finalda moldovalı Daniel Kataraqanı, 1/4 finalda isə xorvat Dominik Etlinqeri məğlub edərək yarımfianal adlayıb. İdmançımız artıq finaldadır. Yarımfinalda o, bolqar rəqibini diz çökdürüb – 10:0.  Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gəlib. Həlledici görüşdə qələbə qazanan idmançımız ölkəmizə Avropa Oyunlarında III qızıl medalı qazandırıb .

80 kq

Rafiq Hüseynov 1/8 finalda avstriyalı Mixael Vaqneri, 1/4 finalda isə bolqarıstanlı Daniel Aleksandrovu məğlub edib. Yarımfinalda türkiyəli güləşçini vaxtından əvvəl məğlub edən Hüseynov da finala adlayıb. Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşıb. Təəssüf ki, Hüseynov finalda uduzaraq, gümüş medalla kifayətlənib.

98 kq

Orxan Nuriyev təsnifat mərhələsində isveçli Teodoros Tounosidis üzərində əzmkar qələbə qazanıb. 1/8 finalda litvalı Vilius Laurinaitisi üstələyən idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparacaq. Təəssüf ki, Orxan Nuriyev 1/4 finalda güclü rəqibinə uduzub – 1:3. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43