Ölkə futbolu

“Bir xal da pis nəticə sayılmır” – Rəşad Sadıqov

“Çox hərəkətli və dinamik oyun oldu. Matçda çoxlu qol epizodları var idi. Amma hər iki komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, 3 xal qazanmaq istəyirdik. Nəticə baxımından məğlub olsaq da, bu mövsüm “Neftçi”yə qarşı oyunlarımız yaxşı alınırdı. 1 xal da bizim üçün pis nəticə sayılmır”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” oyunundan sonra deyib. O, daha sonra belə davam edib:

“Qəbələ” ilə matçda qələbəyə layiq idik, “Sabah”a uduzduğumuz oyunu pis keçirmədik. İki olmayan vəziyyətdənm qol vurdular. “Qarabağ”a qarşı evdəki oyunumuz çox yaxşı keçirdi, son dəqiqələrdə avtoqolla məğlub olduq. “Neftçi”yə səfərdə 0:1 hesabı ilə uduzduğumuz görüşdə qələbəyə çox yaxın idik, yetərincə qol vəziyyətlərimiz oldu. Xüsuslilə bu matçlarda oyun planı baxımından problem olmur, amma nəticə baxımından problem yaşayırıq. Son zərbələrdə, son ötürmələrdə ciddi problemimiz olur. Bugünkü qarşılaşmada 70-ci dəqiqəyə kimi hesab 3:1, 4:1 ola bilərdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Qapıçı İvan Brkiçin də ustalığını qeyd etmək lazımdır. Xüsusilə bizimlə oyunlarda bu qapıçı ustalıq göstərir. Çempionatı toplasaq, bəlkə də 10-12 dənə elə qurtarış edib. Onun seyvləri həm kubokda, həm çempionatda həlledici olub. Səbrli olmaq lazımdır. Mən bunları normal qarşılayıram. Bu gün futbolçularımın çıxışından çox razı qaldım. 0:1 geridə olmağımıza baxmayaraq, qələbəyə kpklənmişdilər. Qapımıza vurulan qolu gördüz. Çox futbolçular bizimlə matçda ilk qollarını vururlar. İllərdir qol vurmayan oyunçular bizimlə oyunda fərqlənirlər. Məsələn Voyislav Stankoviçi götürək. Uzun müddətdir qol vurmurdu. “Səabil”də Qomis, bu gün Lebon bizə fantastik qol vurdu. Belə hadisələr oyunlarımızda çox baş verir. Hər dəfə özümə söz verirəm ki, danışmayacam. Amma elə olur ki, mövzu açılır və danışırıq. Səbr etməli, yolumuza davam etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43