08 Sentyabr 2024
Kateqoriyasız Ölkə futbolu Premyer Liqa

Biri “Kəpəz”ə gəlməyə razılaşdı, digəri düşünmək üçün vaxt istədi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini iki yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu “Zirə”dən ayrılan İlkin Muradovu rənglərinə bağlamaqda maraqlıdı. Futbolçuyla ilkin danışıqlar olub. Tərəflər arasında maliyyə məsələsində qeyri-müəyyənlik hökm sürür ki, yaxın günlərdə bu yöndə yekun qərar veriləcək.

“Kəpəz” sabiq futbolçusu Nicat Süleymanovu da yenidən komandaya qaytarmağı düşünür. Bir müddətdi futbolçuyla aparılan danışıqlar müsbət yekunlaşıb. Son anda hansısa problem yaşanmayacağı təqdirdə, Süleymanovu yenidən Gəncə təmsilçisinin heyətində görəcəyik.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43